Yusif Vəliyev: "YayFest 2026 Azərbaycanın ən irimiqyaslı gənclər festivalıdır"
"Bu gün Azərbaycanın həm iştirakçı sayına, həm də keçirilmə müddətinə görə ən irimiqyaslı layihəsi olan YayFest 2026-ya start verililir".
BAKU.WS xəbər verie ki, bunu Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev bildirib.
Onun sözlərinə görə, YayFest və ümumilikdə səkkiz həftə ərzində təşkil olunacaq düşərgələrdə iki mindən artıq gəncin iştirakı nəzərdə tutulub:
"Bu, yalnız açıq havada keçirilən düşərgə formatı deyil, eyni zamanda dövlət gənclər siyasətinin əsas prioritetlərini təşviq edən bir platformadır.
Ümumilikdə gənclər burada ekspertlər tərəfindən təlimlər alacaq, asudə vaxtlarını səmərəli təşkil edəcək, birlildə komanda ruhunun formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər. Eyni zamanda əsas məqsədimiz onların həm şəxsi, həm də peşəkar inkişafına dəstək olmaq və dövlətçilik ənənələrini təşviq etməkdir".
Yusif Vəliyev əlavə edib ki, YayFest-in builki konsepsiyası süni intellekt və rəqəmsal transformasiyaya həsr olunub:
"Səkkiz həftə ərzində müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələri tərəfindən bu mövzular ətrafında da gənclərimizlə görüşlər keçiriləcək".
Oxşar xəbərlər
Ötən həftə 1700 hektar ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 10-dan 16-dək qədər 25 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 614 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərər...