Yurd həsrəti bitən şəhid ailəsi: "Evlərimiz yandı, amma inanırdıq ki, qayıdacağıq..."
Doğma yurdundan didərgin düşən minlərlə ailədən biri də Xankəndi sakini Kamran Nəsirovun ailəsi olub.
O illərin ağrısı, yurd həsrəti Nəsirovlar ailəsinin taleyinə də silinməz iz salıb. Bu torpaqların düşmən tapdağından azad olunması üçün Kamran Nəsirovun oğlu Xəqani Nəsirov da döyüşlərdə şücaət göstərib. Şəhidin iki övladı yadigar qalıb.
Kamran Nəsirov Baku TV-yə deyib ki, bir gün yurd həsrətinin bitəcəyinə həmişə inamı olub: "1988-ci ilin sentyabr ayında evlərimiz yandı, buradan çıxdıq. İnanırdıq ki, qayıdacağıq".
İllər keçdi, həsrət böyüdü, amma ümid heç vaxt itmədi. Bu gün isə həmin ailə artıq doğma torpaqlarında - Xankəndi şəhərində yaşayır. Kamran Nəsirov artıq tək deyil, onun yanında nəvələri, gəlinləri var. Bir vaxtlar didərgin düşən ailə bu gün yenidən bir dam altında toplaşıb.
Oxşar xəbərlər
Deputat "TikTok"a nəzarətin gücləndirilməsini təklif edib
Azərbaycanda "TikTok"a nəzarətin gücləndirilməsini təklif olunur. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Səbinə Salmano...