TIR-dan yola düşən çəllək TƏHLÜKƏ YARATDI - NİİM-dən XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yük avtomobillərinin sürücülərinə müraciət edib.
BAKU.WS müraciəti təqdim edir:
"Paytaxtın mərkəzi yolunda qeydə alınan bu hadisə qaydalara əməl etməməyin nə qədər təhlükəli nəticələrə səbəb olacağının sadəcə, bir nümunəsidir. Yük avtomobillərinin sürücüləri bilməlidir ki:
Yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Yük daşınarkən adamlar təhlükəyə məruz qoyulmamalı, şəxsi və ya digər əmlaka zərər vurulmamalıdır. Bununla yanaşı, nəqliyyat vasitəsindən yolun hərəkət hissəsinə düşən yük maneə yaratdıqda və onu dərhal aradan götürmək mümkün olmadıqda, sürücü qəza dayanma nişanı və ya yanıb-sönən qırmızı işıqlı portativ fənər qoymalıdır".
Qeyd olunub ki, "Yol hərəkəti haqqında" Qanunun 57-ci maddəsində göstərilən bu və digər müddəaları hər bir yük avtomobilinin sürücüsü bilməli və qaydalara əməl etməlidir: "Unutmayaq ki, yükün düzgün və təhlükəsiz daşınması yalnız sürücünün deyil, bütün yol hərəkəti iştirakçılarının təhlükəsizliyi deməkdir".
Oxşar xəbərlər
Bakıda metro və avtobusda qızları videoya çəkərək TikTok-a yerləşdirən şəxs peyda olub
"TikTok" platformasında yayılan bəzi videolar ictimai narazılığa səbəb olub. Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. Belə ki, naməlum şəxs B...