Yollarda xətlənmə işləri aparılacaq - 37 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkə ərazisində avtomobil yollarında xətlənmə işləri görüləcək.
BAKU.WS-in məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən icra olunacaq layihənin ehtimal olunan dəyəri 36 milyon 795 min manat təşkil edir.
Layihə çərçivəsində ölkə üzrə yolların üzərində 2 milyon kvadratmetrə yaxın sahədə düz xətlərin çəkilməsi, minlərlə kvadratmetr köhnə xətlərin silinməsi və yol hərəkətini tənzimləyən xüsusi simvolların yerləşdirilməsi nəzərdə tutulur.
Görüləcək işlərə soyuq və termoplastik boya ilə xətlənmə, əl işləri ilə yol nişanlarının çəkilməsi, eləcə də müasir texnika vasitəsilə köhnə xətlərin aradan qaldırılması daxildir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...