Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - Bu gecə və səhər...

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:
"Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır.
Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir".
Oxşar xəbərlər
"Glow Girls" təşəbbüsü: Yaradıcılıqdan real həllə – tələbələrin sosial məsuliyyət layihəsi
Ülkər Əhmədzadə Frankfurt (Oder) – Cəmi 10 avro ilə real bir sosial problemi həll etmək mümkündürmü? Avropa Universiteti Viadrina-da keçirilən Creativity and En...
