Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı reydlərə başladı - FOTO

Yol polisi nömrəsiz maşın sürən qazilərə qarşı reydlərə başladı - FOTO
Foto
Sosial 342

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrrul Xidməti Alayının Xüsusi Tağımının əməkdaşları avtomobili nömrəsiz idarə edən qazilərlə proflaktiki söhbət aparıb.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, 50 CO 817 dövlət nömrə nişanlı, “NAZ Lifan” markalı avtomobilin sürücüsü Həmid Lazım oğlu Həşimov və 99 SH 767 dövlət nömrə nişanlı, “VAZ Priora” markalı avtomobilin sürücüsü Raif İsgəndər oğlu Məmmədov saxlanılıb. Yol polis əməkdaşları qazilərlə proflaktiki söhbətlər aparıb, onlara qanunun tələblərinə tabe olmağın vacibliyi bildirilib. Qeyd olunub ki, Vətən müharibəsi qazilərinə daim diqqət və qayğı var. Lakin avtomobili nömrəsiz idarə etmək yolverilməzdir.

Söhbət zamanı qazilər də bu hərəkətin səhv olduğunu anladıqlarını ifadə ediblər. Daha sonra dövlət nömrə nişanları avtomobillərin üzərinə vurulub.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, bu cür qayda pozuntularına yol verməsinlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İlham Əliyevdən YENİ VACİB QƏRAR

İlham Əliyevdən YENİ VACİB QƏRAR

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...

62209 Sosial 14:21 19 iyul 2018

Son xəbərlər