Yol polisi dumanlı hava ilə bağlı xəbərdarlıq edib

"Sinoptiklərin məlumatına əsasən sabah yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir".
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, dumanlı hava xüsusilə səhər və axşam saatlarında sürücünün görünüş dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır ki, bu da ağırlıq dərəcəsi yüksək olan qəzalara, o cümlədən zəncirvari toqquşmalara real zəmin yaradır.
"Baş Dövlət Yol Polisi İdarəsi hazırda bayram tətili ilə əlaqədar yollarda hərəkət intensivliyinin artmasını da nəzərə alaraq, sürücülərdən dumanlı havalarda sürət həddini minimuma endirməyi, daha çox ara məsafəsi saxlamağı, xarici işıq cihazlarının sazlığından əmin olmağı, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi xahiş edir".
Oxşar xəbərlər
Bu il uşaqlara ən çox qoyulan adlar
Azərbaycanda 2025-ci ilin ən çox qoyulan uşaq adları məlum olub. BAKU.WS Ədliyyə Nazirliyinin statistikasına istinadən xəbər verir ki, bu il ad seçimlərində dəy...
