Yerə təhlükə yarada biləcək plazma buludu planetin yanından keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlərin güclü maqnit qasırğası yarada biləcəyi ilə bağlı proqnozlaşdırdığı Günəş plazması Yerə çatmayıb.
BAKU.WS xəbər verir ki, G3 səviyyəli geomaqnit qasırğası ilə bağlı gözləntilər doğrulmayıb. Günəşdən ayrılan plazma buludu planetin yanından keçib və Yerə heç bir təsir göstərməyib.
Bildirilib ki, riyazi modellər plazma axınının Yerə çatma ehtimalını 96 faiz qiymətləndirsə də, kosmik hava proqnozlarında bu cür sapmalar nadir hallarda baş verir.
Hazırda Günəşdə çoxlu ləkə və protuberans müşahidə olunsa da, onların fəaliyyəti sabit qiymətləndirilir. Yaxın günlərdə isə Yerin yaxınlığından tac dəliyi keçəcək və onun geomaqnit fona mümkün təsiri araşdırılır.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...