Yeniyetmələrdən Polad Həşimovla bağlı QÜRURVERİCİ ADDIM - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Yasamal rayonu ərazisində yerləşən "Sovetski" kimi tanınan məhəllədəki uşaqlar ibrətamiz addım atıblar.
BAKU.WS-in "qaynar xətt"inə daxil olan məlumata görə, uşaqlar öz təşəbbüsləri və pulları ilə şəhid generalımız Polad Həşimova sevgilərini ifadə etmək məqsədilə onun şəklini böyüdərək divara asıblar.
Şəhid generalımıza sevgini təcəssüm etdirən şəklin hazırlamasında azyaşlıların pulları çatmasa da, onlara bu işdə yaxınlıqdakı mağaza sahibi dəstək olub.
Qeyd edək ki, Çingiz Mustafayev küçəsi ilə Zərgərpalan döngəsinin kəsişməsində şəhid Polad Həşimovun asılmış şəkli Sovetski gənclərinə ibrət xarakteri daşıyacaq.
Qalereya
Oxşar xəbərlər
Polad Həşimovun xanımı: "Bəlkə də telefonu yanında olsaydı..." - MÜSAHİBƏ - FOTO
Bu günlərdə dilimizə daha bir doğma kəlmə hopdu. Atamız kimi, anamız kimi, Vətənimiz, balamız kimi artıq Generalımız deyirik... bir dildən, bir qəlbdən. General...