Yeni toy mövsümü başladı: 450 manata da menyu var - QİYMƏTLƏR

Ramazan ayının bitməsi ilə Azərbaycanda toy mövsümü canlanıb. Əslində, şadlıq sarayları orucluqda da boş dayanmayıblar və sifarişlər qəbul ediblər. Hazırda əksər restoranlarda aprel ayı üçün bütün günlər doludur. Bəs yeni toy mövsümündə qiymətlər necədir?
BAKU.WS xəbər verir ki, Teleqraf mövzu ilə bağlı Bakının məşhur şadlıq sarayları arasında sorğu keçirib.
Paytaxtın populyar və bahalı şadlıq saraylarından biri sayılan "Saphir Saray"ın böyük zalında menyu 160 manatdan, kiçik zalda isə 120 manatdan başlayır. Beləliklə, restoran toy etmək istəyən cütlüklərə 180, 200, 220, 250-320 manatlıq menyular təklif edir. "Saphir Saray"da ən bahalı menyu isə 450 manatdır.
Birdəfəyə 700 nəfərlik qonaq qəbul etmək imkanı olan "Grand Opera Hall"un toy menyusu 110-dan 170 manata qədərdir.

"Elux Event Hall"da menyu 220 AZN-dən başlayır. Restoranın meneceri bildirib ki, iyun ayına qədər qiymət artımı gözlənilmir. Lakin sentyabrdan toy menyusu 250 manata qədər bahalaşacaq.
1000 nəfərlik qonaq qəbul etmək üçün hər cür şəraiti olan "Buta Palace"ın menyu qiymətləri 150 manatdan 270-300 manat arasında dəyişir.
"Hollywood" şadlıq sarayı evlənmək istəyən müştərilərinə 2 menyu təklif edir. Birinci "Standart" adlanır, qiyməti 130 manatdan başlayır. Digər menyu isə "Premium"dur. Burada qiymət 160-200 manatdır.
Menyusu 100 manatdan aşağı olan restoran da tapmağa çalışdıq.
"Mona Liza" şadlıq sarayında 200 nəfərlik zalda bir nəfər üçün menyunun qiyməti 80 manat, 500 nəfərlik zalda isə 60 AZN-dir.
"Çıraq Palace"da menyu 50-55, "Grand Neon" sarayının 100-200 nəfərlik zallarında toy menyusu 55-80 manat arasında dəyişir.
"Alp Saray"da isə qiymətlər 75 manatdan başlayaraq 160-a qədər yüksəlir.

"Versal Hall"un menyusu 75 AZN-dən başlayır. Yeri gəlmişkən, bu restoranın meneceri son qiyməti açıqlamadı.
"Hissa Saray"da menyunun qiyməti qonaq sayına görə dəyişir. Minimum qiymət 60, maksimum isə 90 manatdır.
Paytaxtda fəaliyyət göstərən digər şadlıq saraylarında menyu qiymətləri aşağıdakı kimi dəyişir:
"Aura Hall"da menyunun qiymətləri 50 manatdan başlayır, 65-70 manata qədər artır.
"Nazlı Saray"ın kiçik zalında 50-60-70, böyük zal üçün 55-65-75 manat ödəmək lazımdır.
"Ağ Saray"da da iki zal var: 80-200 və 450-500 nəfərlik. Menyular adambaşına 75 manatdan 165 manata qədər dəyişir.
"Niaqara" şadlıq sarayında da iki zal mövcuddur. 100-250 nəfərlik kiçik və 250-550 nəfərlik böyük zal. Menyu da 55 manatdan başlayır.
Bakının ən ucuz şadlıq saraylarından biri "Mübarək"dir. Buranın iki zalı var: 150 və 200-300 nəfərlik. Menyusu isə 28-29 manatdır.
Qeyd edək ki, yuxarıda təqdim olunan qiymətlər adambaşına nəzərdə tutulub.
Oxşar xəbərlər
11 ildir tikilən yaşayış binası söküldü: Ev alan şəxslərin aqibəti necə olacaq?
Səkkiz ailə Xətai rayonu, Kazımağa Kərimov küçəsindən 2014-cü ildə müqavilə əsasında mənzil alır. Ancaq bina sakinlər köçürülmədən 2025-ci ilin fevral ayında sö...
