Yeni tədirs ilindən Yasamalda və Naftalanda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq

Yeni tədirs ilindən Yasamalda və Naftalanda məktəbəqədər təhsil müəssisələri fəaliyyətə başlayacaq.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2025-2026-cı tədris ilindən etibarən paytaxtın Yasamal rayonu 351 , eləcə də Naftalan rayonu 2 nömrəli məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə start veriləcək: "Bununla yanaşı cari ilin may-iyul aylarında Masallı rayonunun Ərkivan qəsəbə 2 nömrəli və Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası istifadəyə verilib. Bildiririk ki, qeyd edilən təhsil müəssisələri üzrə 255 uşağın məktəbəqədər təhsilə cəlb olunması gözlənilir. Bu istiqamətdə işlər davam etdirilir. Növbəlilik və prioritetlik prinsipi əsasında yeni məktəbəqədər təhsil müəssisələri inşa edilir".
Oxşar xəbərlər
Turistlər xarici ölkələrdən ən çox nə alırlar? - SİYAHI
Turistlərin xarici ölkələrdən aldıqları əşyalar bir neçə əsas kateqoriyaya bölünə bilər. Bunlar əsasən regionlara görə fərqlidir. BAKU.WS xəbər verir ki, Avrop...
