Yeni nəsil avtomobillərə tələbat artır: Elektrik, Hibrid, yoxsa Plug-in Hibrid?

Son illərdə dünya avtomobil bazarında müşahidə olunan texnoloji dəyişikliklər Azərbaycanda da öz əksini tapmaqdadır.
Ənənəvi daxili yanma mühərrikli avtomobillərlə yanaşı, elektrik, hibrid və plug-in hibrid texnologiyalı avtomobillərə maraq nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə 2022-ci ildən etibarən ölkəyə gətirilən bu tip avtomobillərin sayında ciddi artım müşahidə olunur. Bu artımın əsas səbəblərindən biri Çin avtomobil sənayesinin inkişafı və həmin ölkədə tətbiq edilən vergi və dövlət dəstəyi siyasətidir. Ölkəmizdə isə bu avtomobillərin ƏDV-dən azad olunması onların qiymətini daha əlçatan edib.
Ekspertlər bildirirlər ki, bu tip avtomobillərin seçilməsində yalnız yanacağa qənaət deyil, həm də performans və müasir texnologiyalar mühüm rol oynayır. Elektrik mühərriklərinin yüksək fırlanma anı sayəsində avtomobilin anidən sürətlənməsi, sürücüyə dinamik və emosional sürüş təcrübəsi bəxş edir. Hibrid texnologiyaya malik avtomobillər ənənəvi mühərriklərlə müqayisədə orta hesabla iki dəfə az yanacaq sərfiyyatı ilə seçilir.
Plug-in hibrid modellər isə daha iri batareyaları sayəsində həm şəbəkədən enerji yığmaq imkanına malikdir, həm də daha çox qənaət imkanı təqdim edir.
Bu tendensiya fonunda avtomobil alıcılarının yalnız qiymət və texnologiyaya deyil, həm də markanın etibarlılığına, zəmanət və servis şərtlərinə önəm verdiyi müşahidə olunur. Etibarlı distribütor, geniş servis şəbəkəsi və orijinal ehtiyat hissələrinin əlçatanlığı bu sahədə əsas meyarlardan sayılır.
Azərbaycanda bu tələblərə cavab verən markalardan biri də Wuling brendidir. General Motors və SAIC ilə birgə istehsal edilən bu marka, dünya üzrə tanınmış texnologiya və istehsal keyfiyyəti ilə seçilir. Rəsmi distribütor olan İmotors MMC tərəfindən təqdim olunan Wuling avtomobilləri artıq ölkəmizdə də alıcıların marağını qazanmaqdadır.
Statistik göstəricilərə əsasən:
· Wuling, 2024-cü ilin elektrik və hibrid avtomobil satışına görə dünya üzrə ilk 5-likdə yer alır.
· Şirkət indiyədək 30 milyondan artıq avtomobil istehsal edərək Çin bazarında liderliyini qoruyur.
· Wuling hibrid və plug-in modellərində Shenlian markalı batareyalardan istifadə olunur ki, bu batareyalar uzunömürlülüyü və təhlükəsizliyi ilə seçilir.
· Azərbaycanda satışda olan bütün modellərə 4 il və ya 100,000 km rəsmi zəmanət təqdim edilir və avtomobillər rəsmi servis və orijinal ehtiyat hissələri ilə təmin olunur.
Yeni nəsil texnologiya ilə tanış olmaq, həm ekoloji, həm də iqtisadi cəhətdən daha sərfəli avtomobil seçmək istəyənlər üçün Wuling markası əlverişli seçimlər təklif edir.
Əlavə məlumat və test sürüşü üçün:
Wuling avtomobilləri ilə yaxından tanış olmaq istəyənlər Bakı şəhəri, Babək prospekti 38A ünvanında yerləşən rəsmi satış mərkəzinə yaxınlaşa bilərlər. Əlavə məlumat üçün *8887 qısa nömrəsi ilə əlaqə saxlamaq və ya www.wuling.az veb saytına daxil olmaq mümkündür.

Oxşar xəbərlər
Bəzi çaylarda sululuq artıb
Ötən sutka ilə müqayisədə bəzi çaylarda sululuq artıb. BAKU.WS xəbər verir ki, bu barədə avtomat hidroloji stansiyalarının məlumatında qeyd edilib. Bildirilib k...