Yeni məktəbli formalarının qiyməti necə hesablanacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni məktəbli formalarının qiymətləri hələ təsdiqlənməyib.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, məktəbli formalarının qiyməti onun rəngindən, formasından və parçanın keyfiyyətindən asılıdır.
"Yeni məktəbli formasının nümunələri təsdiq olunub. Lakin qiymətlər məktəblərin seçimindən asılı olacaq. Məktəb hansı rəngdə, hansı parça növündən istəsə, qiymətlər ona uyğun müəyyən olunacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, Təhsil Nazirliyi hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verildiyini, yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəciyini bildirib.
Oxşar xəbərlər
Qurban bayramında heyvan kəsimi və satışı xidmətlərini həyata keçirəcək obyektlər - SİYAHI
2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməs...