Yeni ilin ilk körpələrinin FOTOsu yayıldı - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
2022-ci ilin respublika üzrə ilk uşağı əkiz doğulub.
BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, körpələr Gəncə Regional Perinatal Mərkəzdə dünyaya gəlib.
Bərdə rayon Qarağaclı kənd sakini Gültəkin Kərimovanın dünyaya gətirdiyi övladlar oğlan uşaqlarıdır.
Uşaqlar erkən doğulduğu üçün suni nəfəs aparatına qoşulub və hazırda səhhətləri normaldır.
***12:30
Azərbaycanda 2022-ci ildə ilk doğulan uşaqlar əkiz olub.
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, ilin ilk körpəsi oğlandır.
Gəncə Perinatal Mərkəzində dünyaya gələn körpələr əkizdir. Onların anası Bərdə rayon Qarağacı kəndindəndir.
Körpələrin çəkisi 1 kq 900 qram və 1 kq 600 qramdır.
Qalereya
Oxşar xəbərlər
İlin ilk uşağı Goranboyda şəhid ailəsində dünyaya göz açıb - FOTO
Təqvim yenilənən zaman Azərbaycanda ilk dünyaya gələn uşaq Goranboyda doğulub. Saat 00:01-də Rayon Mərkəzi Xəstəxanasında rayonun Zeyvə kənd sakini Rühəngiz Qəd...