Yeni ili qeyd etmək üçün hansı restoranlar SƏRFƏLİDİR? - QİYMƏTLƏR

Yeni ili qeyd etmək üçün hansı restoranlar SƏRFƏLİDİR? - QİYMƏTLƏR
Video
Sosial 425

Yeni ilin gəlişinə sayılı günlər qaldığından bir çox restoranlarda yer tapmaq müşkülə çevrilib.

Rəzə ili təmtəraqlı keçirmək istəyən hər nəfər üçün depozit minimum 150 manatdan başlayır, 400-450 manat arasında dəyişir.

Təklif olunan fantastik qiymətlərə baxmayaraq, bayramı əyləncəli, fərqli ab-havada keçirmək üçün restoranlara üz tutanların sayı kifayət qədərdir.

Baku TV mövzu ilə bağlı vətəndaşlar arasında sorğu aparıb.

"Hər adam Yeni ili öz evində duz-çörəyi ilə keçirməlidir. Ora-bura, xüsusilə də xaricə getməyin nə mənası var mən bilmirəm", - deyə paytaxt sakini bildirib.

Diqqət ediləsi məqam budur ki, bir neçə saat üçün böyük həcmdə ödənən məbləğ vətəndaş xidmətdən razı qalmadıqda geri qaytarılmır.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, sahibkarlar qanunvericiliyə əməl etməklə göstərdikləri xidmətlərin qiymətini sərbəst müəyyənləşdirmək hüququna malikdirlər.

Odur ki öncədən bu kimi halları nəzərə almalıdırlar, həm pulundan olmasınlar, həm də vaxtından.

Ətraflı süjetdə:

Son xəbərlər