Yeni Günəşlidə içməli su xəttində baş vermiş qəza aradan qaldırılıb
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış massivi 29-cu binanın yaxınlığında içməli su xəttində baş vermiş qəza 25 dəqiqə ərzində aradan qaldırılıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus "İri Şəhərlərin Su Təchizatı" QSC-dən məlumat verilib.
Qeyd edilib ki, adıçəkilən ünvandakı binanın yaxınlığında bu gün saat 08.45-də, diametri 110 mm olan içməli su xəttində qəza baş verməsi haqqında rayon sukanal idarəsinə məlumat daxil olub.
QSC-nin Suraxanı rayon Sukanal İdarəsinin qəza bərpa briqadası operativ olaraq həmin ünvanda 08.55-də işə başlayıb, saat 09.10-da axıntının qarşısı alınıb.
Bildirilib ki, saat 11.45-də su xəttində qəza tam aradan qaldırılıb.
Oxşar xəbərlər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 26 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasınd...