Yeni formalar tikiləcək, məktəblər müxtəlif rəng və modellər seçə bilməyəcək
17
avq
2019
17:56
2020-2021-ci tədris ilindən respublika üzrə bütün dövlət ümumtəhsil müəssisələrində yeni vahid məktəbli formasının tətbiqinə başlanılacaq.BAKU.WS-in məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Təhsil Nazirliyinin baş məsləhətçisi Əhliyət Adıgözəlov bildirib. Ə.Adıgözəlov qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəblilər mövcud formalardan istifadə edəcəklər:"Artıq nazirlik tərəfindən Bakı Tikiş Evinə müraciət olunub, yeni vahid məktəbli formaları üçün eskizlər hazırlanır. Təhsil Nazirliyində bu məsələ ilə bağlı İşçi qrupu yaradılıb".O deyib ki, yeni vahid formaların tətbiqindən sonra artıq məktəblər müxtəlif rənglər, modellər seçə bilməyəcəklər:"İndi olduğu kimi, yalnız 1-6-cı siniflər və 7-11-ci siniflərin formaları rəng baxımından fərqlənəcək. İşçi qrupu ilə Bakı Tikiş Evinin nümayəndələri arasında bu məsələ geniş müzakirə olunur, yekun qərara gəlindikdən sonra formaların tikilişinə başlanılacaq və 2020-2021-ci tədris ilindən bütün ümumtəhsil müəssisələrində tətbiq olunacaq".
Oxşar xəbərlər
Təhsil naziri yeni əmr imzaladı
Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.BAKU.WS xəbər verir...