Yeni alınan təcili tibbi yardım maşınlarının sayı AÇIQLANDI
"Keyfiyyətli, əlçatan təcili və təxirəsalınmaz tibbi yardım xidmətini təşkil edə bilmək üçün ambulansların və müvafiq olaraq briqadaların sayı əhali sayını nəzərə almaqla optimallaşdırılır. Ambulans parkı müasir və standartlara cavab verən avtomobillərlə əvəz olunur".
BAKU.WS-in məlumatına görə, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, İcbari tibbi sığortanın tətbiqindən sonra təxirəsalınmaz təcili tibbi yardım stansiyalarının avtomobil parklarının yenilənməsi və müəssisələrin təcili yardım avtomobillərinə ehtiyaclarının ödənilməsi məqsədilə 2024-cü ilə kimi 349 ambulans alınıb:
"Birləşmə prosesinin getdiyi cari il ərzində də bu proses davam etdirilib. Ən son bu ilin mart ayında daha 100 ədəd təcili yardım avtomobili ölkə başçısına təqdim edilib və ehtiyaca uyğun olaraq Bakı və regionlar üzrə təhkim olunub".
TƏBİB-in İcraçı direktoru İnnovasiya və Təchizat Mərkəzi tərəfindən cari ilin 17 sentyabr 2024-cü il tarixində "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri"nin satın alınması məqsədilə dövlət satınalmalarına başlanıldığını qeyd edib:
"Satın alınması nəzərdə tutulmuş avtomobillər texniki spesifikasiyasına görə sadə differensiallı standart və reanimobil təcili tibbi yardım avtomobilləri olacaq. Eyni zamanda avtomobillərdən 5 ədədi tam elektrikli avtomobillərdir".
Oxşar xəbərlər
DSX zabiti: Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar
Sərhədçilər xidmət etdikləri ərazidə mədəni abidələri, flora və faunanı da qoruyurlar. BAKU.WS xəbər verir ki, bu sözləri report-un Qazaxa ezam olunmuş əməkdaşı...