Yel çərşənbəsi qar gətirdi – Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır

Yel çərşənbəsi qar gətirdi – Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır
Sosial 19

Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu saatlarda da davam edir.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ kəndlərində daha da intensivləşib. Qar səbəbindən Şamaxı-Pirqulu avtomobil yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin kənddə qarın hündürlüyü 30 santimetrə çatır.

Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla, bir çox kəndlərində qarın yağması davam edir. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.

İsmayıllının rayon mərkəzinə qar yağmasa da, bəzi kənd və qəsəbələrdə qarın hündürlüyü kifayət qədərdir. Belə ki, yerli sakinlərin sözlərinə görə, ucqar dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində, Əhən, Brovdal və ətraf kəndlərdə qarın hündürlüyünün 20 santimetrə çatdığı bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTO

Azərbaycanda bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib - FOTO

Artıq dörd gündür ki, ölkə üzrə əksər bölgələrimiz ağ örpəyə bürünüb. Lakin dağlıq və dağətəyi rayonlarda qar həm daha şiddətli yağır, həm də ara vermir. BAKU.W...

212 Sosial 20:20 12 yanvar 2023

Son xəbərlər