Yatmazdan əvvəl bunları etməyin - Həkimdən vacib məsləhətlər
Yuxu keyfiyyətini dərmansız yaxşılaşdırmaq üçün bir sıra sadə qaydalara əməl etmək kifayətdir.
BAKU.WS xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru, somnoloq Aleksandr Kazaçenko danışıb.
Onun sözlərinə görə, ilk növbədə yatmazdan əvvəl ağır qidalardan, kofeindən, alkoqoldan və elektron cihazlardan uzaq durmaq lazımdır. Axşam yeməyinin yuxudan ən azı 3–4 saat əvvəl qəbul edilməsi və yüngül qidaların seçilməsi tövsiyə olunur.
Həkim qeyd edir ki, telefon və digər ekranlardan yayılan işıq melatonin hormonunun ifrazını azaldır və beyin aktiv qalır, bu isə rahat yuxuya mane olur. Eyni zamanda, gündəlik rejimə riayət etmək – yəni hər gün eyni saatda yatıb oyanmaq – orqanizmin bioloji ritmlərini tənzimləyir.
Digər tərəfdən, əgər uzunmüddətli istirahətə baxmayaraq halsızlıq keçmirsə, bu, anemiya ilə bağlı ola bilər. Bu barədə tibb elmləri doktoru Pavel Traxtman məlumat verib. Onun sözlərinə görə, hemoglobinin azalması orqanizmdə oksigen çatışmazlığına səbəb olur.
Mütəxəssis əlavə edib ki, xroniki yuxusuzluq orqanizmi zəiflədir və xəstəliklərin gedişini ağırlaşdırır. Dünyada insanların təxminən dörddə biri anemiyadan əziyyət çəkir, xüsusilə reproduktiv yaşda olan qadınlar, vegetarianlar və həzm sistemi problemləri olan şəxslər risk qrupuna daxildir.
Daimi halsızlıq, dərinin solğunluğu, dırnaqların kövrəkləşməsi və nəfəs darlığı kimi əlamətlər müşahidə olunarsa, ümumi qan analizi vermək və həkimə müraciət etmək tövsiyə edilir.
Qeyd edək ki, daha əvvəl mütəxəssislər yuxu çatışmazlığının bir sıra ciddi xəstəliklərə səbəb ola biləcəyini də vurğulayıblar.
Oxşar xəbərlər
Çoxlu pulların xərcləndiyi yollar niyə sıradan çıxır?
Paytaxt ərazisinə bir neçə gün əvvəl yağan aramsız yağışlar yolları sıradan çıxarıb. Bu səbəbdən bir çox küçə və prospektlərlə yanaşı, magistral yollarda da cid...