“YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“YAŞAT” Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə işləri davam etdirir.
Fond bu dəfə şəhid Zeynallı Elşad Elman oğlunun ailəsinin Lənkəranda yerləşən evinin təmirini həyata keçirəcək.
Şəhidin atası bildirir ki, Vətən Müharibəsi başlayan zaman cəbhəyə yollanan Elşad ailəsi ilə 4 dəfə əlaqə saxlaya bilib. Şəhidin atasının sözlərinə görə, oktyabrın 5-i oğlunun şəhid xəbəri gəlib. Vətən yolunda oğlunu qurban verən Elman Zeynalov vurğulayıb ki, müharibə itkisiz olmur.
Şəhid atası həmçinin evinin təmirini həyata keçirən “YAŞAT” Fonduna öz təşəkkürünü bildirib.
Bundan əlavə şəhid Seyfullazadə Kamran Cəlal oğlunun anası Ruqiyyə Seyfullayeva şəhid oğlunun evinin təmir edildiyi üçün fonda minnətdarlıq edib: “Vətən üçün böyütdüyüm vətənə nəsib oldu”.
Oxşar xəbərlər
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verdi
Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib. BAKU.WS xəbər verir ki, fətvada deyilir ki, İslam aləminin ən əziz və müqəddəs günlərindən bir...