Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi
09
apr
2026
15:03
Yaşar Allahqulu oğlu Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Eyni zamanda, Prezidentin digər Sərəncamı ilə Y. Əməşova general-mayor ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, 50 yaşlı yeni müavin bundan əvvəl Milli Məclis Aparatının rəhbərinin müavini kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşüb
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 9-da Azərbaycanda səfərdə olan Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi və onun rəhbərlik etd...