Yasamalda ana su borusu PARTLADI– İndi də ÇİRKLİ SU verilir

Yasamalda ana su borusu PARTLADI– İndi də ÇİRKLİ SU verilir
Video
Sosial 372

Xəbər verdiyimiz kimi Yasamal rayonu Rahib Tağıyev küçəsində sakinlər partlayan borudan çox narahatdırlar.

BAKU.WS-ə daxil olan daha bir məlumata əsasən, hazırda əraziyə çirkli, bulanıq və içməyə yararsız su verildiyi bildirilir. Sakinlər bu vəziyyətin sağlamlıqlarına təhlükə yaratdığını deyirlər və aidiyyəti qurumlardan təcili tədbir görülməsini tələb edirlər.

***21:13

Yasamalda su borusu partladı.

BAKU.WS-in qaynar xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunun Rahib Tağıyev küçəsindən keçən ana su xəttində ciddi nasazlıq yaranıb.

Sakinlərin bildirdiyinə görə, Badamdar qəsəbəsindən gələn və içməli su ilə təchizat üçün istifadə olunan su borusu çürüyüb və artıq istismar müddətini başa vurub.

Onların sözlərinə görə, problemin aradan qaldırılması üçün aidiyyəti qurumlara müraciət olunub, lakin köhnə borunun dəyişdirilməsi üçün külli miqdarda pul tələb olunduğu bildirilib. Bu isə sakinlər arasında narazılığa səbəb olub.

Sakinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılması üçün təcili tədbirlər görülməsini tələb edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb. Cavab aldıqda xəbər yenilənəcək.

Son xəbərlər