Yasamalda yanan binanın sakinlərinə TƏZMİNAT AYRILDI
Paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 19A ünvanında yanğın baş vermiş çoxmərtəbəli yaşayış binasında bərpa işləri davam etdirilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bina sakini, jurnalist Heydər Mirzənin yaydığı məlumata görə, sakinlərə təzminat da ayrılıb:
"Sabahdan etibarən 11-ci mərtəbədən 17-ci mərtəbəyə qədər olan hissəyə elektrik enerjisinin verilməsi nəzərdə tutulub. Su təchizatı isə artıq bir həftədir ki, bərpa olunub. Nazirlər Kabinetinin 3 dekabr tarixli sərəncamı ilə ayrılan təzminatın məbləği müvafiq bank hesabına köçürülüb".
O qeyd edib ki, kompensasiya alacaq şəxslərin sayı 96-dır:
"Hazırda binanın kommunal təminatı bərpa edilsə də, maddi baxımdan ən ciddi və təcili məsələ liftlərin işə salınmasıdır. Liftin işləməməsi yuxarı mərtəbələrdə yaşayan sakinlərin evlərinə qayıtması və normal həyata davam etməsi üçün ciddi maneə yaradır. Binaya dəyən ümumi zərərin hesablanmasını əks etdirən akt lisenziyalı şirkət tərəfindən artıq tərtib olunub. Sənəd Baş Prokurorluğa və zərərçəkənlərin vəkillərinə təqdim edilib".
Oxşar xəbərlər
Azərbaycanda ən çox bahalaşan hansı məhsul olub?
Azərbaycanda cari ildə ərzaq bazarında qiymətlərin dəyişməsi gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. BAKU.WS-in məlumatına görə, marketlərdə, bazarlarda...