Yas və toy məclislərinə QADAĞA qüvvədə qalacaq

Yas və toy məclislərinə QADAĞA qüvvədə qalacaq
Sosial 2239

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilsə də, yas və toy məclisləri ilə bağlı məhdudiyyət qüvvədə qalıb.

BAKU.WS xəbər verir ki, dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması ilə bağlı məhdudiyyət qüvvədə qalıb.

Eyni zamanda toy məclislərinin təşkilinin qadağan olunması; bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması qərarı da qüvvədə qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda bu qadağalar QÜVVƏDƏ QALIR

Azərbaycanda bu qadağalar QÜVVƏDƏ QALIR

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır. BAKU.WS xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında oper...

1776 Sosial 16:15 15 may 2020

Son xəbərlər