Yaralı əsgərlər hospitalda ziyarət ediliblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkərandan olan yaralı əsgərlər hospitalda ziyarət olunub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan Lənkəran rayon sakinləri Həmidzadə Afiq Şamil oğlu və Sadıxov Pənah Sulduz oğlunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Bakı şəhərində müalicə aldıqları hərbi hospitalda ziyarət edib.
T.Qaraşov yaralı əsgərlərlə görüşərək onlarla söhbət edib, səhhətləri, reabilitasiya prosesi və qayğıları ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
İcra başçısı hospitalda yaralı hərbçilərimizin müalicəsi üçün yüksək peşəkarlıqla fəaliyyət göstərdiklərinə görə həkimlərə minnətdarlığını ifadə edib.
Oxşar xəbərlər
İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif etdi- SİYAHI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncama əsasən bir nəfər 2-ci dərəcəli “V...