Yanvarın 20-də bu küçələrdə hərəkət məhdudlaşdırılacaq

Yanvarın 20-də bu küçələrdə hərəkət məhdudlaşdırılacaq
Sosial 719
20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması ilə əlaqədar yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlamanet prospetki ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.BAKU.WS xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi polis polkovniki Vaqif Əsədov məlumat verib.Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunması, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyyə olunur.BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakının bu yollarında hərəkət istiqaməti dəyişdiriləcək

Sabah Bakının bu yollarında hərəkət istiqaməti dəyişdiriləcək

Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək.Bakı Şəhər...

2616 Sosial 10:22 09 may 2018

Son xəbərlər