Yanvarın 8-dən şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
8 yanvar 2021-ci il saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Qeyd olunub ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
Portalda mövcud sorğuların tamamlanması prosesi 13 yanvar 2021-ci il saat 18:00-dək davam edəcək.
Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.
Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Azərbaycanda iyunun 6-7-də buraxılış imtahanları keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali...