Yanvarın 27-dən ümumi təhsil müəssisələrində beşgünlük qış tətili başlayacaq
Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında" müvafiq qərarına əsasən yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ili üzrə qış tətili başlayacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Tətil 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
Qeyd edək ki, 5 günlük iş həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində 3 fevral, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində isə 1 fevral 2025-ci il tarixi tətildən sonra ilk iş günüdür.
Oxşar xəbərlər
Vətəndaşlar ən çox nədən şikayət edir? - AQTA açıqladı
2026-cı ildə vətəndaşların Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciətlərində bir sıra qida təhlükəsizliyi məsələləri ön planda olub. BAKU.WS-i...