"Yango" və "Uber" şirkətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qeydiyyatdan keçib
Yeniliklərdən dərhal xəbərdar olun
"Yango" və "Uber" şirkətləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində rəsmi qeydiyyatdan keçmiş ilk taksi xidmətləri sırasına daxil olub.
Artıq bu şirkətlər 1 oktyabr 2023-cü ildə qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən fəaliyyət göstərmək üçün tələb olunan lisenziyalara və icazələrə malikdir.
Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun 13.1.4-cü bəndinə uyğun olaraq Azərbaycanda fəaliyyət göstərən bütün taksi sifarişi operatorları müvafiq lisenziyalar almalı və xidmətlərini Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qeydiyyatdan keçirməlidir.
Müvafiq rəsmiləşdirmə tələblərinə cavab vermədən taksi sifarişi xidmətinin göstərilməsi qadağandır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi artıq 4 şirkətin müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün agentliyə müraciət etdiyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
Bu gündən Azərbaycanda BU TƏLƏBLƏR qüvvəyə minir
Bu gündən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair yeni tələblər qüvvəyə minib. BAKU.WS xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanu...