Yanacaq qiymətinin dəyişməsi avtomobil qiymətlərinə necə təsir edəcək? - Ekspert rəyi

Yanacaq qiymətinin dəyişməsi avtomobil qiymətlərinə necə təsir edəcək? - Ekspert rəyi
Sosial 372

Azərbaycanda Aİ 92 benzininin və dizel yanacağının qiymətinin dəyişməsinin avtomobil qiymətlərinə ciddi təsir edəcəyini düşünmürəm.

BAKU.WS xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Ekspert bildirib ki, yalnız dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində nisbi azalma ola bilər. Azərbaycanda avtomobil bazarının gedişatı onu deməyə əsas verir ki, yanacaq qiyməti heç bir halda avtomobil qiymətlərinə ciddi təsir etməyib:

“Avtomobillərin qiymətinə əsasən müyyən qərarlar təsir göstərə bilər. Tutaq ki, idxala tətbiq olunan müəyyən məhdudiyyətlər, vergilərin, aksiz rüsumların artırılması və s. kimi qərarlar avtomobil qiymətlərinə təsir edə bilər. Yanacaq qiymətinin dəyişməsi isə ciddi təsir etmir”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər