Yağış yağacaq, gündüz tədricən kəsiləcək - HAVA PROQNOZU

Yağış yağacaq, gündüz tədricən kəsiləcək - HAVA PROQNOZU
Sosial 124

Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Oxşar xəbərlər

Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu

Gəncədə avtobusların yolu dəyişdi, bazarın işi iflic oldu

Gəncənin ən böyük bazarına avtobusların hərəkəti bir aydır ki dayandırılıb. Səbəb ictimai nəqliyyat vasitələrinin hərəkət marşrutlarının dəyişdirilməsidir. Bu i...

200 Sosial 17:00 25 oktyabr 2025

Son xəbərlər