Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək

Yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək
Sosial 750

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

BAKU.WS Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyulun 24-ü saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Düşən yağışın miqdarı: Sarıbaşda (Qax) 14.0 mm, Qusarda 11.0 mm, Qəbələ, Qubada 5.0 mm, Altıağacda 4.0 mm, Kişçay (Şəki), Göyçayda 2.0 mm, Göygöl, Xaltan, Oğuz, Zaqatala, Qrız, Salyan, Şabranda 1.0 mm-dək olub.

Külək: Şimal-qərb küləyi arabir Gəncədə 23 m/s, Naftalanda 22 m/s, Tovuz, Bərdədə 18 m/s, Mingəçevirdə 16 m/s-dək güclənib.

Havanın maksimal temperaturu: Bakıda iqlim norması daxilində olub, Bakıda və Abşeron yarımadasında 30°-dək isti, Naxçıvan MR-da 39°-dək isti, dağlıq rayonlarda 23°-dək isti, aran rayonlarında 33°-dək isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

26-27-də əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...

3945 Sosial 11:36 30 aprel 2022

Son xəbərlər