Yağıntılı hava şəraiti nə vaxta qədər davam edəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi səhər saatlarından etibarən zəifləyib, yağıntı isə günortadan sonra kəsiləcək”.
Bu barədə Trend-ə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Rayonlarda isə yağışlı hava şəraiti noyabrın 27-si gündüzədək davam edəcək:
“27-si gündüz saatlarından etibarən hava şəraiti sabit, əsasən yağmursuz keçəcək”, - deyə G.Məmmədova qeyd edib.
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 24-ü günün ikinci yarısından 25-i gündüzədək güclü şimal-qərb küləyi müşahidə edilib.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enib.
Oxşar xəbərlər
Azərbaycanda qarlı hava neçə gün davam edəcək? - AÇIQLAMA
İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəfraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarında...