Xutorda iki aydır su axır, sakinlər evlərində yaşaya bilmirlər - ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunun Xutor qəsəbəsində yerləşən 9-cu sıra adlanan ərazidə iki aya yaxındır davam edən su sızması sakinlərin narazılığına səbəb olub.
BAKU.WS-in "qaynar xətti"nə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə ana su xəttində yaranmış nasazlıq nəticəsində su uzun müddətdir axır.
Bildirilir ki, aidiyyəti qurumlar tərəfindən əraziyə baxış keçirilsə də, problem hələ də tam aradan qaldırılmayıb.
Şikayətçi qeyd edir ki, suyun davamlı şəkildə axması nəticəsində evlərdə güclü rütubət yaranıb. Onun sözlərinə görə, yorğan-döşək və digər məişət əşyaları nəm çəkib, bəzi əşyalar isə yararsız vəziyyətə düşüb. Sakin hətta evində yaşamağın çətinləşdiyini bildirir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...