Xəstələrin apteklərə qaytardığı dərmanlar məhv edilməlidir! - YENİ TƏLƏBLƏR təsdiqləndi
26
yan
2018
17:58
Səhiyyə Nazirliyinin Kollegiyası "Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər"i təsdiq edib.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, dərman vasitələrinin daşınmasına və saxlanmasına dair tələblər Azərbaycan Respublikasında dərman vasitələrinin saxlanmasını, daşınmasını və paylanmasını həyata keçirən əczaçılıq müəssisələrinə şamil edilir. Bu tələblər Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü il tarixli 908 saylı texniki hesabatının 9-cu əlavəsinə əsasən hazırlanıb.Geri çağırılmış məhsullar da daxil olmaqla qaytarılmış məhsullar təsdiq edilmiş prosedurlara əsasən idarə edilməli və aparılmış qeydlər qorunub saxlanmalıdır.Xüsusi saxlanma şəraitləri tələb edən dərman vasitələrinə dair müvafiq saxlanma təlimatları olmalıdır. Əgər hər hansı göstəriş yoxdursa (məs. daima soyuq zəncir saxlanmalı) təyin olunan şəraitdən kənaraçıxmaya yalnız qısa müddətli daşınma zamanı yol verilir.Bütün qaytarılmış məhsullar karantində saxlanmalı və yalnız təyin olunmuş cavabdeh şəxsin məhsulun keyfiyyəti barədə müsbət qiymətləndirməsindən sonra satış üçün nəzərdə tutulan məhsullarla eyni sahəyə yerləşdirilməlidir. Ehtiyatda olan geri qaytarılmış hər hansı məhsul fərqləndirilməli və bu barədə qeydlər aparılmalıdır. Xəstələr tərəfindən apteklərə qaytarılmış dərman vasitələri anbarlara təhvil verilərkən digər məhsullarla qarışdırılmamalı və məhv edilməlidir.BAKU.WS
Oxşar xəbərlər
14 yaşı tamam olmamış şəxslərə dərman satışı qadağan edilir
Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satışı qadağan edilir.BAKU.WS-in “Report”a istinadən verdiyi məlumata görə, bununla bağlı “Dərm...