Xocavənddə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb
02
avq
2026
19:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd rayonunda minaya düşən şəxsin son vəziyyəti məlum olub.
TƏBİB-dən bildirilib ki, 1985-ci il təvəllüdlü şəxs (kişi) 02.08.2026-cı il tarixində saat 09:40 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları təyin edilib.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...