Xocavənddə həyat yenidən canlanır: "Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq"
Xocavənddə həyat yenidən canlanır.
Doğma yurdlarına qayıdan sakinlər Baku TV-yə müsahibələrində yaradılan şəraitdən məmnunluqlarını ifadə edərək bütün zəruri imkanlarla təmin olunduqlarını bildiriblər.
"Hər iki qızıma mənzil verilib, bütün lazımi şərait yaradılıb", - deyə sakinlərdən biri qeyd edib.
Digər sakin isə artıq üç aydır Xocavənddə yaşadıqlarını bildirərək doğma yurda qayıtmağın sevincini bölüşüb:
"Üç aydır burada yaşayırıq, şəraitimiz çox yaxşıdır. Şükür ki, bu gün öz doğma yurdumuzda yaşayırıq. 44 günlük Vətən müharibəsinin iştirakçısıyam və torpaqlarımıza qayıtmağımızla qürur duyuram".
Oxşar xəbərlər
Metrodan istifadə edənləin DİQQƏTİNƏ! Yubanmalar müşahidə olunur
Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahi...