Xocavənd Qırmızı Bazar sakini öz təəssüratlarını "Baku TV"yə danışdı

Xocavənd Qırmızı Bazar sakini öz təəssüratlarını Baku TVyə danışdı
Video
Sosial 20

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə köçürülən sakin Yavər Qurbanov yeni yaşayış şəraiti ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşüb.

Onun sözlərinə görə, bölgənin iqlimi sağlamlığına müsbət təsir göstərir və köçdükdən sonra qan təzyiqi ilə bağlı problemləri aradan qalxıb:

"Çox gözəl havası var. Qan təzyiqim vardı, amma buraya köçəndən sonra təzyiqim yoxa çıxıb".

Sakin bildirib ki, onlara üç baş iribuynuzlu heyvan təqdim olunub və artıq onlardan biri bala verib.

Gələcək planlarından danışan Y.Qurbanov torpaq sahəsinin ayrılacağına ümid etdiyini vurğulayıb:

"İnşallah, gələcəkdə torpaq da verilər. Biz də ondan bəhrələnib heyvanlarımızı artırarıq, ailəmizin və uşaqlarımızın dolanışığına yetərik".

O, göstərilən diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirib, həsrətin sona çatdığını və doğma torpaqlara qayıdışın böyük sevinc yaşatdığını qeyd edib.

Sonda şəhidlərin xatirəsini ehtiramla yad edən sakin qazilərə də təşəkkür edib.

Son xəbərlər