Xocalının dörd kəndinə yeni elektrik xətti çəkilir - 2,9 milyonluq LAYİHƏ
Yeniliklərdən dərhal xəbərdar olun
Xocavənd, Ağdərə və Xocalı rayonlarında elektrik təchizatının yaxşılaşdırılması istiqamətində növbəti addım atılıb.
BAKU.WS-in məumatına görə, layihə çərçivəsində Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara kəndlərinə yeni elektrik veriliş xətti çəkiləcək.
"Azərişıq" ASC tərəfindən həyata keçiriləcək işlər zamanı 35 kilovoltluq elektrik xətti çəkiləcək və yeni komplekt transformator məntəqələri (KTM) quraşdırılacaq. Bu addım kəndlərin həm xarici, həm də daxili elektrik təchizatının tam şəkildə bərpasına imkan verəcək.
Layihənin ümumi dəyəri təxminən 2,9 milyon manat təşkil edir. Məqsəd bu kəndlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasıdır ki, bu da bölgədə yaşayışın və infrastrukturların bərpası üçün əsas addımlardan biridir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...