XİN rəhbəri: Ağalı kəndinə qayıdış ölkəmiz üçün böyük qürur mənbəyidir
Yeniliklərdən dərhal xəbərdar olun
Qarşıdakı illərdə keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə qayıdacaq.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə birgə mətbuata açıqlamasında bildirib.
“Bu gün biz çox tarixi bir gündə görüşürük, çünki iyulun 19-da keçmiş məcburi köçkün ailələrin bir qrupu azad edilmiş ərazilərə geri qayıdır. İlk mərhələdə 41 ailə Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə qayıdır və bu, bizim ölkəmiz, bu insanlar üçün böyük qürur mənbəyidir. Əlbəttə ki, biz qarşıdakı illərdə yüz minlərlə həmvətənimizin, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışına şahid olacağıq”, - XİN rəhbəri vurğulayıb.
Oxşar xəbərlər
Dövlət Komitəsi Ağalı kəndinə köçlə bağlı məlumat yayıb
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kəndinə köçlə bağlı məlumat yayıb. Komitədən BAKU.WS-ə bildirilib ki, Zə...