Xırdalanda xaotik vəziyyətin səbəbi nədir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Kristal" restoran vətəndaşların hərəkətini çətinləşdirib.
BAKU.WS xəbər verir ki, bundan əlavə, obyektin qarşısında saxlanılan avtomobillər də vətəndaşların gediş-gəlişinə mane olur.
Nəticədə, sakinlər məcbur olub yolun hərəkət hissəsinə çıxırlar.
Xırdalanda problem təkcə bununla bitmir. Şəhərin mərkəzi küçələri sakinlər üçün artıq dözülməz hala gəlib.
Buradakı çoxmərtəbəli binalar və bu binaların altında fəaliyyət göstərən ictimai obyektlər vəziyyəti daha da mürəkkəbləşdirir.
Xüsusilə, Heydər Əliyev prospektindəki mərkəzi küçədə uzun tıxaclar müşahidə edilir.
Sakinlər aidiyyəti qurumlardan problemin həlli istiqamətində müvafiq tədbirlər görmələrini tələb edirlər.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...