Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir - FOTO

Xırdalan dairəsində yeni tikilən körpüdə işlər bitmək üzrədir - FOTO
Foto
Sosial 1107

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajı yekunlaşdırılaraq, tağ hissəsinin quraşdırılmasına başlanılıb. Bundan öncə isə körpünün monolit dəmir-beton dayaqlarının inşası aparılaraq yekunlaşdırılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə bildirilib.

Məlumatda deyilir ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni biraşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilib. Yeni körpünün uzunluğu 68,5 metr, eni isə 12,7 metr təşkil edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xırdalan dairəsindəki yeni körpünün tikintisində son vəziyyət - FOTO

Xırdalan dairəsindəki yeni körpünün tikintisində son vəziyyət - FOTO

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün metal konstruksiyalı aşırım tirlərinin montajına...

440 Sosial 12:34 18 sentyabr 2020

Son xəbərlər