Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb - FOTO

Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb - FOTO
Foto
Sosial 226

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsünün tikintisi aparılaraq yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, yeni körpünün uzunluğu 68.5 metr, eni isə 12.7 metr təşkil edir.

Qeyd edək ki, köhnə dəmiryolu körpüsünün dayaqları yolun hərəkət hissəsində avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinə maneə törətdiyi üçün köhnə körpünün sökülərək əvəzinə yeni bir aşırımlı tağlı dəmir yolu körpüsünün inşa edilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər