Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"
"50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən işini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov "Bakı İqlim Fəaliyyəti Həftəsi -2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi" adlı müzakirələr zamanı deyib.
O bildirib ki, Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirilməlidir:
"Dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət qazanır".
Deputat əlavə edib ki, 2007-2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1.3 dərəcə artıb:
"Yalnız 2025-ci ildə artım 1.8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44.2 dərəcə, 2025-ci ildə isə 42.9 dərəcə olub.
Xəzərin səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir. Əgər su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən -30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran-Şabran zonasında 4-5 kilometr, Sanqaçal-Ələt zonasında 10-12 kilometr, Lənkəran-Astara zonasında isə 2-3 kilometr təşkil edə bilər".
Oxşar xəbərlər
UN-Habitat: Xəzərin səviyyəsinin aşağı düşməsi ciddi infrastruktur və iqtisadi risklər yarada bilər
Xəzər dənizinin səviyyəsinin hətta cüzi şəkildə aşağı düşməsi sahil zonalarında əhəmiyyətli dəyişikliklərə səbəb ola, ciddi infrastruktur və iqtisadi risklər ya...