Xəzərin suyunu şirin suya çevirə biləcək qurğu hazırlandı - VİDEO

Xəzərin suyunu şirin suya çevirə biləcək qurğu hazırlandı - VİDEO
Video
Sosial 1059

Azərbaycanın ən böyük çayı olan və su təchizatında ölkənin əsas su mənbəyi sayılan Kür çayında suyun səviyyəsinin kəskin azalması bir sıra ərazilərdə su qıtlığına gətirib çıxarıb.

Nə xoş bizə ki, gənclərimiz də bu məsələyə biganə yanaşmayıb, su qıtlığının qarşısının alınması, su ehtiyatlarına təzyiqlərin azaldılması məqsədilə bir qrup tələbə birlikdə maraqlı təşəbbüsə imza atıb.

Onlar Xəzərimizin suyunu şirin suya çevirə biləcək qurğu hazırlayıblar. Komanda üzvləri qurğunun kənardan proqram vasitəsilə idarə edilə biləcəyini də bildiriblər. Tələbələrin fikrincə, artıq əldə edilən su həm içmək üçün, həm də kənd təsərrüfatında suvarma üçün istifadə edilə bilər.

Ətraflı Baku.Tv-nin video materialında:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər