Xəzərdə sirli məkan: "Cəhənnəm adası" kimi tanınan NARGİN

Xəzərdə sirli məkan: Cəhənnəm adası kimi tanınan NARGİN
Foto
Sosial 62

Xəzər dənizinin qoynunda, Abşeron yarımadasının cənubunda yerləşən Nargin adası Azərbaycanın ən sirli və qanlı tarixə malik adalarından biridir. Bakının sahilindən cəmi 10.5 km məsafədə yerləşən bu ada, 1.4 km² ərazisi ilə Böyük Zirə adası kimi də tanınır.

Nargin adası əsrlər boyu bir çox mühüm hadisələrə şahidlik edib.

Uzunluğu 3.1 km, eni isə 900 metr olan Nargin adası keçmişdə "Cəhənnəm adası" və ya "İlan adası" kimi tanınıb.

Adanın ən qanlı günləri XX əsrin əvvəlinə təsadüf edib. Birinci Dünya müharibəsi zamanı Nargin əsir düşərgəsinə çevrilərək, məğlub olan və əsir düşən əsgərlərin və zabitlərinin sürgün yeri olub.

Bu gün Nargin adası öz sirli keçmişi və qanlı tarixi ilə böyük marağa səbəb olur.

PhotoStock.az-ın əməkdaşının adadan hazırladığı fotoreportajı təqdim edirik:

Son xəbərlər