Xətlərin ayrılmasından sonra metro stansiyalarının qarşısında nələr yaşandı?
Bu gündən etibarən Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə start verilib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu məqsədlə metronun "Nizami" və "28 May" stansiyaları arasında gediş-gəliş dayandırılıb.
11 ay davam edəcək tikinti prosesi dövründə adıçəkilən stansiyalar arasındakı tunel bağlı olacaq. Həmin müddətdə "yaşıl" xətt üzrə iki tunel inşa ediləcək və bu prosesdən sonra "yaşıl" və "qırmızı" xətlər üzrə ayrı-ayrılıqda qatarların hərəkəti təmin ediləcək.
Bu müddət ərzində metrodan istifadə edən sərnişinlər "Dərnəgül" stansiyasından "Nizami" stansiyasına qədər, "Həzi Aslanov" stansiyasından isə "28 may" stansiyasına qədər metrodan istifadə edə biləcəklər. "28 May" stansiyasından "Nizami" stansiyasına və əksinə hərəkəti davam etdirmək istəyən sərnişinlər isə həmin müddətdə yalnız avtobuslardan istifadə etməklə digər stansiyalara keçid edə biləcəklər.
Ərazidəki son vəziyyət, yeniliklər və görülən işlərlə bağlı hazırladığımız videoreportajı təqdim edirik:
Oxşar xəbərlər
Paytaxtda su kollektorunun partlaması nəticəsində yaranan problem niyə həll olunmur?
Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi, 36 ünvanında yerləşən yaşayış sahəsində su kollektorunun partlaması nəticəsində yaranan fəsadlar hələ də tam aradan...