Xətai rayonunda torpaq sürüşməsinə səbəb olan su xətləri ADSEA-ya aiddir?
Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən torpaq sürüşməsinə səbəb olan ərazi suvarma üçün istifadə olunan su xətləri Xətai rayon Sukanal İdarəsinə məxsus deyil.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, bu gün Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində torpaq sürüşməsi olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri hazırda hadisə yerindədir. Agentliyin idarə heyətinin sədri Əli Əliyev bildirib ki, hazırda ərazidə araşdırma və monitorinqlər aparılır.
Oxşar xəbərlər
Cəbrayıla köç edəcək sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Cəbrayıl rayonunun Şükürbəyli kəndində yeni klub-icma mərkəzi inşa edəcək. BAKU.WS-in məlumatına görə, 1042 ailə üçün...