Xəbəri olmadan qaz sayğacı dəyişdirildi, 1500 manat borc yazıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay sakini Almaz Mustafayevanın xəbəri olmadan onun qaz sayğacı dəyişdirilib və adına borc yazılıb.
O bildirir ki, bununla bağlı ona yazılı və şifahi xəbərdarlıq edilməyib.
Sakin "Xəzər TV"yə bildirib ki, onun qaz sayğacına cızıq düşdüyü üçün 1 500 manat cərimələnib:
"Mənim xəbərim olmadan qaz sayğacı dəyişdirilib və o, çöldə olduğu üçün ona cızıq düşüb, mən bütün günü işdə oluram, bunu kimin etdiyini bilmirəm".
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, aşkar olunan dəymiş ziyanı mənzil sahibi ödəməlidir:
"İstənilən şəxs quruma müraciət edə bilər və bu, müraciət əsnasında onun şikayətinə baxılacaq".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...